14 sentyabr 2023-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- Fakültənin BDU-nun yeni təmirdən çıxmış 2 saylı Tədris Binasına köçürülməsinin müzakirəsi.
- Fakültədə nizam-intizam qaydaları və işə davamiyyətin təşkili haqqında.
31 oktyabr 2023-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- Yay məktəbində tədrisin təşkili və nəticələrinin müzakirəsi.
- 2023/2024-cü tədris ilinə hazırlığın vəziyyəti.
- 2023/2024-cü tədris ili üçün magistr dissertasiyaları və bakalavr buraxılış işləri mövzularının təsdiqi.
- “Xalq qəzeti”nin 15 sentyabr 2023-cü il tarixli 199 (30315)-ci sayında dərc edilmiş elana əsasən fakültə üzrə boş olan baş müəllim və müəllim vəzifələrinin tutulması üçün seçkinin keçirilməsi.
- Fakültənin doktorantları Afaq Məmmədovanın və Lemounes Nour El Houda Djoumananın attestasiyasının müzakirəsi.
- Doktorantların fəlsəfə doktoru proqramı üzrə doktorluq imtahanının əlavə proqramının təsdiqi.
- Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransına hazırlığın vəziyyəti.
- Fakültənin beynəlxalq əməkdaşlıq üzrə məsul şəxsinin müəyən edilməsi
- Cari məsələlər
19 dekabr 2023-cü il saat 11:00-da Elmi Şuranın növbəti iclası keçirilib.
Gündəlik məsələlər:
- 2023/2024-cü tədris ilinin qış imtahan sessiyasına hazırlığın müzakirəsi (dekan, kafedra müdirləri).
- Sonuncu kurs magistrant və bakalavrların praktikasının təşkili haqqında (dekan, kafedra müdirləri).
- Xalq yazıçısı Anarın 85 illik yubileyinə həsr olunmuş “Mütaliə mədəniyyəti və oxucu məmnunluğu” mövzusunda Respublika elmi konfransının yekunlarının müzakirəsi.
- 2023-cü ildə fakültənin kafedralarında plan üzrə yerinə yetirilmiş elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsi.
- Kafedralar üzrə 2024-2026-cı illər üçün elmi-tədqiqat mövzularının müzakirəsi.
- Cari məsələlər.